Keşlədə orta məktəb və bağçanın açılışı olub
14 sentyabr 2012 15:32 (UTC +04:00)

Keşlədə orta məktəb və bağçanın açılışı olub

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, 640 şagird yerlik yeni məktəbdə 32 sinif otağı, üç laboratoriya, üç kompüter otağı, emalatxana, rəsm otağı, idman və akt zalları, yeni innovasiya metodları ilə işləyən kabinetlər, tibb məntəqəsi yaradılıb. Tədris prosesinin yüksək səviyyədə təşkili üçün hər cür şəraitin yaradıldığı məktəbdə dərslər interaktiv üsulla keçiriləcək. Qeyd olunub ki, yeni dərs ilində bu təhsil ocağının istifadəyə verilməsi məktəbin kollektivi və şagirdlər üçün əsl hədiyyədir. Prezident İlham Əliyev məktəbdə yaradılmış şəraiti yüksək qiymətləndirib, tədris prosesinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Bu gün həmçinin Bakının Nizami rayonunun Keşlə qəsəbəsində 100 yerlik uşaq bağçası binasının təməli qoyulub. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı uşaq bağçasının istifadəyə verildikdən sonrakı görüntülərini əks etdirən stendə baxıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikiləcək bağçanın binasının sahəsi 1200 kvadratmetr olacaq. İki mərtəbədən ibarət binada akt zalı, yeməkxana, inzibati otaqlar, həkim otağı yaradılacaqdır. Burada uşaqların rahatlığı üçün hər cür şərait olacaq.
Prezident İlham Əliyev uşaq bağçası binasının təməlini qoyub.
Dövlət başçısı tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1400

Oxşar yazılar