Prezident İlham Əliyev park və stadionunun açılışında iştirak edib
0
0
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib.
Dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib, yaradılmış şəraitlə tanış olub. Parkda inşa olunan dördmərtəbəli binada kafelər, rəssamlıq, xalçaçılıq və heykəltəraşlıq dərnəkləri, ofislər var. Həmçinin iki kafenin fəaliyyət göstərdiyi üçmərtəbəli bina və yeraltı əyləncə mərkəzi tikilib. Prezident İlham Əliyev parkda görülmüş işlərdən razılığını bildirib.
Bu gün Bakıda “8 KM” stadionunun açılışı olub. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib. Dövlət başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, 11 min tamaşaçı yeri olan stadion 22,5 min kvadratmetr sahəni əhatə edir. Beynəlxalq yarışların keçirilməsi üçün hər cür şəraitin yaradıldığı təbii ot örtüklü stadionun dünya standartlarına cavab verməsi FİFA tərəfindən təsdiq olunub. Prezident İlham Əliyev stadionda yaradılmış şəraiti yüksək qiymətləndirib.