Rektor: “Bunu eşidəndə göz yaşlarımı saxlaya bilmədim...”
14 sentyabr 2012 14:17 (UTC +04:00)

Rektor: “Bunu eşidəndə göz yaşlarımı saxlaya bilmədim...”

Lent.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev komitənin bu gün keçirilən iclasında söyləyib.

O qeyd edib ki, həmin xəbərdən çox təsirlənib və göz yaşlarını saxlaya bilməyib: “Bu, Azərbaycan Prezidentinin dünyadakı ermənipərəst parlamentarilərə qəti cavabı idi və ədalətin təntənəsi idi”.

Digər millət vəkili Bəxtiyar Əliyev isə deyib ki, çox təəssüflər olsun ki, Ramil Səfərovun əfv olunması zamanı dünya mətbuatında gedən əksər yazılarda onun ermənilər tərəfindən işğal olunmuş Cəbrayıl rayonundan olması qeyd olunmayıb və olunmur: “Bəzi qərb mətbuatı bu məsələdə bizi qınayır, amma həqiqəti görmək istəmirlər. Yaxşı, əgər Ramil Səfərov bir azərbaycanlını, yaxud bir macarı, fransızı, amerikanı və digər bir qeyri-ermənini öldürsəydi əfv oluna bilərdi, amma erməni öldürdüyü üçün əfv olunmamalıydı? Erməni və ermənipərəst qüvvələrin bu mövqeyi çox şovinist mövqedir. R.Səfərov kifayət qədər cəzasını çəkib və beynəlxalq qanunvericiliyə, Azərbaycan qanunlarına uyğun olaraq öz vətəninə ekstradisiya olunaraq əfv edilib”.

Mübariz Aslanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2582

Oxşar yazılar