Türkiyə səfiri Ramil Səfərovdan danışdı
14 sentyabr 2012 13:37 (UTC +04:00)

Türkiyə səfiri Ramil Səfərovdan danışdı

“Ramil Səfərov hadisəsindən heç kim sui-istifadə etməməlidir. Bu olayla bağlı Azərbaycana təzyiq göstərmək istəyənlər məsələnin kökünə, Ramil Səfərovun ailəsinin durumuna, verdiyi itkilərə baxsınlar”.
APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç media rəhbərləri ilə keçirdiyi vida görüşündə deyib. Səfir bildirib ki, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə halına düşməsini, Azərbaycanın 20 faiz ərazisinin Ermənistanın işğalı altında olmasını bu cür təpki və təzyiqlərlə gizlətmək olmaz: “Baş verənlərin səbəbkarı isə qərbdir. Əgər növbəti Ramil Səfərov hadisələrinin baş verməsini istəmirlərsə, Azərbaycanın haqlı davasına sahib çıxsınlar, Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasına çalışsınlar”.


BMT-nin Dağlıq Qarabağla bağlı dörd qətnaməsinin olduğunu xatırladan diplomat bu qətnamələrin hələ də yerinə yetirilmədiyini vurğulayıb: “Halbuki Liviya məsələsində bir qətnamə belə yetərli oldu”.

H. Kılıç Türkiyənin hər zaman Azərbaycanın davasının haqlı olduğunu bəyan etdiyini və Azərbaycanı dəstəklədiyini bildirib: “Ümid edirik ki, tezlikdə problemin həllini görəcəyik. Mən də bundan sonrakı fəaliyyətimdə bu istiqamətdə səylərimi əsirgəməyəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2369

Oxşar yazılar