Aydın Acalovun ailəsi Nigar Yaqubludan şikayətçi olmadı
14 sentyabr 2012 00:07 (UTC +04:00)

Aydın Acalovun ailəsi Nigar Yaqubludan şikayətçi olmadı

Bu il avqustun 25-də talesiz yol qəzasında həlak olan Aydın Acalovun oğlu Rəşad Acalov Bakı şəhər Dövlət Yol Poli İdarəsinin istintaq və təhqiqat şöbəsinə rəsmi ərizə ilə müraciət edərək atasının ölümü ilə bağlı heç kəsdən şikayətçi olmadığını bildirib.

Musavat.com-a daxil olan məlumatda bildirilir ki, Rəşad Acalovun istintaq təqdim etdiyi ərizədə bildirilir: "Bildirirəm ki, 25 avqust 2012-ci il tarixdə atam Acalov Aydın Rəşid oğlu yol qəzasında vəfat etmişdir. Mənim sürücü Yaqublu Nigar Tofiq qızına qarşı heç bir şikayətim və ya iddiam yoxdur.

Bu işi xətm etməyinizi xahiş edirəm".

Qeyd edək ki, məlum qəza ilə bağlı Nigar Yaqubluya qarşı cinayət işi açılıb və onun barəsində həbs qəti imkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1486

Oxşar yazılar