Avropa İttifaqı ilə viza danışıqları gələn ay başlayır
13 sentyabr 2012 23:21 (UTC +04:00)

Avropa İttifaqı ilə viza danışıqları gələn ay başlayır

Avropa İttifaqı-Azərbaycan arasında viza və readmissiya sazişi üzrə növbəti danışıqlar raundu Bakıda oktyabr-noyabr ayında keçiriləcək.

APA-nın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib. Onun sözlərinə görə, Avropa İttifaqı danışıqları oktyabr-noyabr aylarında keçirilməsini təklif edib. “Çox güman ki, danışıqlar noyabr ayında baş tutacaq”, - nazir müavini deyib. “İnanmıram ki, bu il viza üzrə danışıqlar başa çatsın, amma gələn il ola bilsin danışıqlar yekunlaşın”, - Məmməd-Quliyev deyib.

Aİ-Azərbaycan assosiativ saziş üzrə danışıqlar barədə nazir müavini bildirib ki, bu proses hələ video konfranslar çərçivəsində davam edir. O assosiativ saziş üzrə danışıqların bu il ərzində başa çatmayacağını bildirib. “Çoxlu məsələlər var. Qalan mühüm məsələlərdir və hələ onlar açıq qalıb”, - nazir müavini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar