KXCP-də qarşılıqlı ittihamlar
“Mənim KXCP-nin sədr müavini vəzifəsindən kənarlaşdırılmağımla bağlı sərəncam olmayıb.
Sadəcə, partiyanın sədri Mirmahmud bəy bir səhvə yol verərək mənim müavinliyimi dandı. Sonradan həmin səhvini kompensasiya etmək üçün bu cür manipulyasiyalara əl atılır. Belə bir sərəncam olubsa, niyə ondan digər müavinlərin – Ədalət Yusibovun, Fikrət Cəfərovun, Rüfət Sahibsoyun və digərlərinin xəbəri olmayıb. İkincisi, əgər belə sərəncam olubsa, niyə son beş ayda partiyanın saytından adım çıxarılmayıb? Üçüncüsü, məndə KXCP-nin təşkilat şöbəsinin müdiri Xəzər Teyyublunun SMS-i var. SMS 30 iyun 2012-ci il saat 11:43-də gəlib. SMS-də mən partiya sədrinin müavini qismində 2 iyul 2012-ci il tarixdə, saat 12:00 üçün partiya İdarə Heyətinin iclasına dəvət olunmuşam. Əgər mən may ayında sədr müavinliyindən çıxarılmışdımsa, niyə iyulda keçirilən iclasa çağırılırdım?!” Bu açıqlamanı APA-ya KXCP sədrinin müavini Qaya Əliyev verib. Q. Əliyevin fikrincə, ona qarşı bu cür davranışın səbəbi KXCP-nin AXCP ilə birləşməsi barədə irəli sürdüyü təklifdir.
KXCP sədrinin müavini Xəzər Teyyublu isə APA-ya açıqlamasında Q. Əliyevin söylədiklərinin heç bir əsası olmadığını bildirib: “Bu şəxs səhv etmirəmsə, yeddi-səkkiz ay əvvəl Ümid Partiyasından gəlib. Ondan əvvəl də hansısa təşkilatda olub. Onun təyinatı ilə bağlı Mirmahmud bəydən xahiş edildi və etimad göstərildi. Amma ortada işi görünmədi, partiya ilə əlaqə saxlamadı. Ona görə də may ayında bu adamın sərəncamı imzalandı, sədr müavinliyindən çıxarıldı. Mən onu İdarə Heyətinin iclasına dəvət edəndə mütləq deyil ki, İdarə Heyətinin iclasına gəlsin. Ola bilər ki, partiyanın sədri məndən xahiş edib, mən də onu qərargaha çağırmışam. Qaya Əliyevin partiya sədrinin müavini vəzifəsindən kənarlaşdırılması dəqiqdir”.

791