Ümumrusiya Azərbaycan Konqresindən Moskva merinə müraciət
Ümumrusiya Azərbaycan Konqresinin prezidenti, Rusiya Tibb Elmləri Akademiyası və Rusiya Elmlər Akademiyasının akademiki Məmməd Əliyev özünü “Moskva erməni gənclər Assosiasiyası” adlandıran təşkilatın azərbaycanlı zabit Ramil Səfərovun ekstradisiyası ilə bağlı mitinq keçirməyə hazırlaşması ilə bağlı Moskva meri Sergey Sobyaninə məktub göndərib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, ÜAK-ın saytında yerləşdirilmiş məktubda bildirilir ki, sosial şəbəkələrdə və erməni internet resurslarında azərbaycanlı zabit Ramil Səfərovun Macarıstan hakimiyyəti tərəfindən ekstradisiyası ilə bağlı sabah saat 13.00-da Moskvanın “Krasnopresnya zastavası” meydanın keçiriləcək mitinqə çağırışlar yer alıb: “Mitinqin təşkilatçıları bəzi yerlərdə özlərini “Moskva erməni gənclər Assosiasiyası”, bəzi yerlərdə isə Rus-Erməni “Birliyi” təşkilatı kimi qələmə verirlər. Yayılan məlumatlarda bildirilir ki, mitinq guya Moskva şəhər rəhbərliyi ilə razılaşdırılıb və orada təkcə erməni diasporunun nümayəndələri deyil, ictimai xadimlər, politoloqlar, Dövlət Dumasının deputatları iştirak edəcəklər”.
ÜAK prezidenti qeyd edib ki, millətlərarası münasibətlər həssas yanaşma və milli xarakter daşıyan münaqişələrin Rusiya torpağına daşınmasının yolverilməzliyini tələb edir: “Ümumrusiya Azərbaycan Konqresi bu vəziyyəti potensial təhlükəli vəziyyət kimi dəyərləndirir. Rusiyada yaşayan çoxsaylı Azərbaycan diasporunun adından Sizdən bu aksiyanın keçirilməsinin qarşısını almağı xahiş edirik. Hansı ki bu mitinq təkcə Moskvada deyil, bütün Rusiya ərazisində ermənilərlə azərbaycanlılar arasında millətlərarası münaqişələrin qızışmasına səbəb ola bilər”.

1643