Prezident İlham Əliyev Maksim Verhagen, Çoi Suk-İni və Corc Fridmanı qəbul edib
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, M. Verhagen Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, Azərbaycana səfərinin ölkələrimiz arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev Azərbaycanla Niderland Krallığı arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə inkişafının razılıq doğurduğunu vurğulayıb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu gün ölkə başçısı həmçinin Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İnin etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Azərbaycanla Koreya Respublikası arasında fəal siyasi əlaqələrin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi, mədəni, neft-kimya, enerji, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın yaxşı səviyyədə olduğunu deyib. Prezident İlham Əliyev münasibətlərimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.Səfir Çoi Suk-İn Koreya Respublikasının prezidenti Li Men Bakın salamlarını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib. Dövlət başçısı prezident Li Men Bakın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Koreya Respublikasının dövlət başçısına çatdırmağı xahiş edib.
Prezident İlham Əliyev sentyabrın 13-də ABŞ-da fəaliyyət göstərən “Stratfor” analitik mərkəzinin təsisçisi və icraçı direktoru Corc Fridmanın başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib. Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlər, “Stratfor” analitik mərkəzi ilə ölkəmizin müxtəlif analitik mərkəzləri arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1078