MTN-dən ASALA-nın terror hədələrinə cavab - MÜSAHİBƏ
Son zamanlar erməni terror təşkilatı ASALA Azərbaycan diplomatlarını, xaricdə təhsil alan azərbaycanlı tələbləri hədələyir. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev bununla bağlı APA-nın sorğusuna cavab verib.
- Erməni terror təşkilatlarının Azərbaycanın diplomatlarını, eləcə də xaricdə təhsil alan Azərbaycan vətəndaşlarını hədəfə alması, terrorla təhdid etməsi barədə məlumatlar narahatlıq doğurur. Bununla əlaqədar xüsusi xidmət orqanlarımız tərəfindən hansı işlər aparılır?
- Azərbaycanın milli maraqlarına, mənafelərinə və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı, adekvat tədbirlər həyata keçirilir. Əməliyyat şəraitinə nəzarət olunur.
- Sualımızı bir az da konkretləşdirmək istərdik, Ermənistanın terror hədələri ilə əlaqədar konkret nə tədbirlər görülür?
- Milli Təhlükəsizlik Nazirliyi ölkəmizə qarşı bütün mümkün təhlükə və təhdidləri diqqətlə izləyir, təhlil edir və lazımi preventiv fəaliyyət istiqamətləri üzrə tədbirlər həyata keçirilir. Bir məqamı da xüsusi vurğulamaq yerinə düşərdi. Sülhsevərliyi, tolerantlığı və humanistliyi ilə bütün dünyada tanınan Azərbaycan xalqı və dövləti uzun müddət özü terrordan əziyyət çəkib və daim terrora, onun bütün forma və təzahürlərinə qarşı qəti mübarizə aparır. Ölkəmiz hazırda beynəlxalq antiterror koalisiyasının da ən fəal üzvlərindəndir. Terror niyyətinə düşən, belə təhlükəli aksiyaları və ya aktları planlaşdıranlara xəbərdarlıq etmək istərdik ki, hər hansı düşünülməmiş, səhv addım, yaxud buna cəhd onlar üçün sonun başlanğıcı olar. Bir hədd anlayışı var. Kim bu həddi aşarsa, gecikmədən öz üzərində Azərbaycan xalqının böyük nifrətini və qəzəbini hiss edəcək.
Azərbaycanı terrorla hədələyənlər bu cür istəyi nəinki ağıllarından keçirməməli, hətta belə həssas məqamda bundan müəyyən məqsədlər güdə biləcək üçüncü, yaxud dördüncü tərəfin də məkrli niyyət və planlarının qarşısının alınmasında özləri maksimum dərəcədə maraqlı olmalıdırlar.

3711