Türkiyəli əlil deputat BMT-nin İnsan Haqları Komitəsində
13 sentyabr 2012 16:20 (UTC +04:00)

Türkiyəli əlil deputat BMT-nin İnsan Haqları Komitəsində

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, BMT-də keçirilən seçkilərdə ən çox səs alan iki namizəddən biri olan Şafak Pavey ilə Türkiyə ilk dəfə BMT İnsan Haqları Komitəsində təmsil olunacaq.

CHP-nin İstanbuldan seçilmiş vəkili olan Şafak Pavey dünyada insan haqlarının müdafiəsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.

Qeyd edək ki, Şafak Pavey I qrup əlildir. Onun bir ayağı amputasiya olunub. O, bir müddət əvvəl ABŞ dövlət Departamentinin 2012-ci il “Beynəlxalq Cəsur Qadınlar” mükafatına layiq görülüb, dünyanın ən bacarıqlı 10 gənci arasında yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 898

Oxşar yazılar