Yaponiyanın xarici işlər naziri Elmar Məmmədyarova məktub yazıb
13 sentyabr 2012 13:07 (UTC +04:00)

Yaponiyanın xarici işlər naziri Elmar Məmmədyarova məktub yazıb

Azərbaycan Respublikası və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi ilə əlaqədar Yaponiyanın xarici işlər naziri Koiçiro Qemba xarici işlər naziri Elmar Məmmədyarova təbrik məktubu göndərib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təbrik məktubunda iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə mövcud münasibətlərin yüksək səviyyədə olduğu və bu münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanı Yaponiyanın Cənubi Qafqazda ən əsas partnyoru adlandıran Yaponiya xarici işlər naziri siyasi və iqtisadi sahədə yaxın əməkdaşlıq münasibətlərinin mövcudluğundan məmnun olduğunu yazıb. Eyni zamanda bu il mart ayında Yaponiyada baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın dövlət başçısının başsağlığı mesajına və göstərilən diqqətə görə öz təşəkkürünü bildirib. Məktubda Beynəlxalq arenada Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi mühüm rol oynadığı və Yaponiyanın bu istiqamətdə ölkəmizlə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğu qeyd edilib. Bununla yanaşı, Yaponiya tərəfi GUAM+Yaponiya formatı çərçivəsində bu il təşkilata sədr ölkə kimi Azərbaycanla birgə işləmək niyyətində olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 883

Oxşar yazılar