Britaniyanın eks-naziri Ramil Səfərovdan danışdı
12 sentyabr 2012 16:18 (UTC +04:00)

Britaniyanın eks-naziri Ramil Səfərovdan danışdı

Böyük Britaniyanın Penitensiar Xidmət üzrə keçmiş naziri, millət vəkili Qeri Satklif (Gerry Sutcliffe) Azərbaycan zabiti Ramil Səfərovun ekstradisiyası ətrafında Ermənistanın aqressiv mövqeyinə münasibət bildirib. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, sabiq nazir bildirib ki, Ramil Səfərovun həbs cəzasının davam etdirilməsi üçün Azərbaycana ekstradisiyası və bunun ardınca da əfv olunması Ermənistan hökuməti, erməni diasporu və onun havadarları arasında odlu fırtınaya səbəb olub: “Nəticədə, Azərbaycan diplomatları hədələndi, Macarıstanla diplomatik əlaqələr kəskinləşdi, Ermənistan prezidentinin müharibəyə çağırışları artdı və Səfərovun özü hədəf seçildi. Qeyd etmək lazımdır ki, mətbuat və Avropanın müxtəlif ölkələrinin parlamentlərinin bəzi üzvləri bu barədə mühakimə yürütməkdə tələsikliyə yol verib. Lakin nəzərə almaq lazımdır ki, Səfərovun ekstradisiyası “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasına uyğun həyata keçirilib. Bundan əlavə, Ermənistan özü son 20 ildə terror hücumlarına görə məhkum olunan bir sıra vətəndaşlarını əfv edib. Əlbəttə ki, bu məsələnin fonunda Dağlıq Qarabağ münaqişəsi zamanı indiki Ermənistan prezidenti də daxil olmaqla, minlərlə azərbaycanlını qətlə yetirmiş heç bir erməniyə qarşı məhkəmə iddiasının qaldırılmaması faktı da gündəmə gəlir. BMT Təhlükəsizlik Şurasının qoşunların çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, Ermənistanın tərəddüd etmədən Azərbaycanın bir milyona yaxın vətəndaşını didərgin salaraq, demək olar ki, ərazisinin 20 faizini işğal etməsi ilə tərəflər arasında yaranan 20 illik pat vəziyyəti bu günədək davam edir”.

Millət vəkili qeyd edib ki, Avropa sərhədindəki bu açıq yaranın irinləməsinə artıq yol verilə bilməz: “Zorakılıq və zorakılıq hədəsi daha çox zorakılıq törədir. Bütün tərəflərin sakit başla və siyasətlə hərəkət etmək vaxtıdır. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinə, nəhayət ki, son qoyulması üçün öz rolunu oynamalıdır”.

Qeyd edək ki, Böyük Britaniya Parlamentinin Lordlar palatasının üzvləri Ken Maginnis, Lord Laird və Lord Kilkluni də Azərbaycan ordusunun zabiti Ramil Səfərovun ekstradisiyası ətrafında Ermənistanın hakim dairələri və erməni terror təşkilatlarının aqressiv mövqeyi və təhdidlərinə münasibət bildirərək, bu ekstradisiyanı qanunauyğun hesab edib, Ermənistanın erməni terrorçularını əfv etməsinə dair faktları xatırladıb, Səfərovun doğulduğu Cəbrayıl rayonunun 20 ildir ki, erməni işğalı altında olmasına diqqəti cəlb edib, Ermənistanı təmkinli olmağa dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2276

Oxşar yazılar