Ərdoğan: “Belə bir addım ata bilmərik”
12 sentyabr 2012 11:40 (UTC +04:00)

Ərdoğan: “Belə bir addım ata bilmərik”

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, başda təbii ki, ATƏT-in Minsk qrupu olmaqla bu məsələnin həlli yolları tapılmayınca, oradan bir və ya iki rayonun məsələsi həll etməyincə bizim belə bir qapı açmağımız və sairdən söhbət gedə bilməz. Bu, iqtidarda olduğumuz müddətdə həmişə söylədiyimiz sözdür. Belə bir addım ata bilmərik”.

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, bunu sentyabrın 11-də prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Baş nazir qeyd edib ki, Türkiyənin atacağı bütün addımların məqsədi budur ki, hazırda işğal altındakı torpaqlardan ermənilər çıxmalıdır: “Bu, beynəlxalq qurumlar tərəfindən də “Bura Azərbaycanındır” deyilməsinə rəğmən hələ də torpaqların buranın haqq sahiblərinə verilməmiş olması bizim mövqeyimizi aydın və dəqiq şəkildə ortaya qoyur”.

Baş nazir onu da vurğulayıb ki, rəsmi Ankara bu prosesdə maraqlı tərəf olaraq hər zaman Azərbaycanın yanında olmağa davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2629

Oxşar yazılar