ABŞ səfiri: “Bu, ABŞ-Azərbaycan dostluğunun simvoluna çevrilməlidir”
Səfirlikdən Lent.az-a verilən məlumata görə, bu gün Amerika Səfirliyinin icma üzvləri, İREX Azərbaycan və Amerika Şurasının nümayəndələri, habelə UGRAD vəFLEX proqramlarının məzunları 11 sentyabr 2001-ci il tarixində Nyu-York və Vaşinqton şəhərlərində törədilən terror hücumlarının ildönümünü anmaq məqsədilə ictimai xidmət günündə iştirak ediblər.
Könüllülər ABŞ Səfirliyinin icma üzvlərinin adından Azərbaycan Küçə Uşaqları Sığınacağı üçün ianələr çatdırıblar və yeni yataqlar və qurğuları yerləşdirməklə öz vaxt və xidmətlərini təklif ediblər. Səfir Riçard Morninqstar sığınacağa baş çəkib və çıxış edərək terror hücumlarından danışıb.
Səfir Morninqstar bildirib ki, iki ölkənin birgə səyləri ABŞ-Azərbaycan münasibətlərinin simvolu olmalıdır: “Bu gün burda gördüyümüz işlər Səfirliyimizin bu sığınacaqla birgə işləməklə və burdakı uşaqların həyatını bir az asanlaşdırmaqla Azərbaycan icmasına qarşılıqlı yardım etmək səylərini əks etdirir. Biz azərbaycanlı dostlarımızla birgə bu münasibətləri genişləndirmək və burda yaşayanların həyatlarını yaxşılaşdırmaq üçün çalışırıq”.
Qeyd edək ki, Azərbaycan Uşaqlar Birliyinin (AUB) bir hissəsi olan Küçə Uşaqları üçün Sığınacaq 2007-ci ildə açılıb və küçədə qalan uşaqları ev və yataq yerləri ilə təmin edir. AUB-un missiyası uşaqları və yeniyetmələri müstəqil həyata hazırlamaq və icma xidmətlərinin, ələlxüsus, təhsil və səhiyyədə, inkişafını təbliğ etməkdir. Missiyanın məqsədləri uşaqların ictimai və iqtisadi şəraitini, səhiyyə, təhsil, ictimai və hüquqi dəstəyi gücləndirmək və uşaqlara və gənclərə hüquqi statusun verilməsini təbliğ etməkdir. Sığınacaqdakı istedadlı yeniyetmələr breykdans təlimləri və fotoqraflıq sərgiləri də daxil olmaqla bir sıra incəsənət layihələrində iştirak ediblər.

1367