ATƏT-də akkreditə olunmuş 20 diplomat İqbal Ağazadə ilə görüşüb
11 sentyabr 2012 15:36 (UTC +04:00)

ATƏT-də akkreditə olunmuş 20 diplomat İqbal Ağazadə ilə görüşüb

ATƏT-ə daimi üzv olan 20 ölkənin bu təşkilat yanındakı səfirlərinin Azərbaycana səfəri başlayıb. ATƏT-də akkreditə olunmuş səfirlər bu gün Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə ilə görüşüb. Görüş zamanı müzakirələrdə Dağlıq Qarabağ münaqişəsi başlıca yer tutub. Bundan başqa 2013-cü ildə keçiriləcək prezident seçkiləri, siyasi məhbus məsələsi, insan haqları, mətbuat və sərbəst toplaşmaq azadlıqları haqqında geniş fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, bu, ATƏT-in ilk belə missiyasıdır və təşkilatın yaydığı rəsmi məlumatda səfərin regiondakı vəziyyətlə tanışlıq və burada baş verən proseslərə dair fikir mübadiləsi aparmaq olduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786

Oxşar yazılar