Morninqstar: “İran Azərbaycanın təhlükəsizlik sahəsində əsas problemlərindən biridir”
APA-nın məlumatına görə, ABŞ səfiri Riçard Morninqstar jurnalistlərə verdiyi açıqlamada Azərbaycan prezidenti ilə görüşlərində İran məsələsinin müzakirə olunub-olunmadığına dair sualı belə cavablandırıb.
Riçard Morninqstar bəyan edib ki, Azərbaycanda keçirdiyi görüşlərdə İran məsələsi həmişə müzakirə olunub və olunacaq: “Biz bu məsələdə sıx əmıkdaşlığı davam etdirmək niyyətindəyik”.
Səfir amerikalı konqresmen D. Rorabaxerin “ABŞ İranda azərbaycanlıların milli azadlıq mücadiləsinə dəstək verməlidir” bəyanatını da şərh edib: “ABŞ İranın mövcud sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmətlə yanaşır. Konqresmen Rorabaxer mütəmadi olaraq müxtəlif ideyalarla çıxış edir, lakin bu fikirlər ABŞ-ın rəsmi mövqeyi deyildir”.
Qeyd edək ki, konqresmen D. Rorabaxer Şimali və Cənubi Azərbaycanın birləşməsinin zəruriliyini dilə gətirib və ötən ay bununla əlaqədar dövlət katibi Hillari Klintona rəsmi məktub göndərib.

Oxşar yazılar

"Dünyanın ən kasıb prezidenti" öldü: simvola çevrilən inqilabçının hekayəsi - ONU TANI
14 may 2025 , 21:52
Tramp şahzadə Salmandan soruşdu: "Gecələr necə yatırsan?"
14 may 2025 , 19:10
Tramp Ukrayna ilə bağlı xoş xəbər gözləyir
14 may 2025 , 18:22
Azərbaycanın ECO-da fəaliyyəti milli maraqların qlobal platformalarda müdafiəsinə xidmət edir - RƏY
14 may 2025 , 09:40
Ermənilər Ordumuzun mövqelərini atəşə tutdu
14 may 2025 , 08:25
Azərbaycanın yeni hərbi prokuroru təyin edildi
13 may 2025 , 17:00
İlham Əliyev PKK-nın ləğvindən DANIŞDI
13 may 2025 , 10:45