Macarıstandan Ermənistana xəbərdarlıq məktubu
10 sentyabr 2012 17:04 (UTC +04:00)

Macarıstandan Ermənistana xəbərdarlıq məktubu

Macarıstan xarici işlər naziri Yanoş Martoni Ermənistan xarici işlər naziri Edvard Nalbəndyana məktub yazıb. Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, Yanoş Martoni məktubda qeyd edib ki, Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası Ermənistana qarşı yönəlməyib və buna erməni xalqının təhqiq edilməsi kimi baxıla bilməz.

Macarıstan xarici işlər naziri Ramil Səfərovun beynəlxalq normalara uyğun Azərbaycana ekstradisiya edildiyini və sırf hüquqi xarakter daşıdığını vurğulayıb. Yanoş Martoni Ermənistanın Macarıstanla diplomatik əlaqələrin dayandırılması barədə qərarından da təəssüfləndiyini bildirib: “Bu iki xalqı min illər ərzində ənənəvi dostluq münasibətləri və xristian dəyərləri bağlayır. Diplomatik əlaqələrin dayandırılması Ermənistanın maraqlarına cavab verməyən ciddi nəticələrə yol aça bilər”.

Yanoş Martoni ATƏT-in Azərbaycan-Ermənistan münaqişəsinin həllinin axtarılması yönündə səylərini də dəstəklədiklərini qeyd edib. O, Macarıstanın Ermənistanla əlaqələrin inkişafında maraqlı olduğunu və dostluq münasibətlərinin bərpası üçün ikitərəfli səyləri bərpa etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5606

Oxşar yazılar