Prezident İlham Əliyev Qax rayonuna səfər edib
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı cari il mayın əvvəlində ölkəmizin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində evi qəzalı vəziyyətə düşən Qax rayonunun Güllük kənd sakini Abdulla Məmmədov üçün yeni inşa edilmiş fərdi evdə olub.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin baş vermiş zəlzələ ilə bağlı müvafiq komissiyası tərəfindən Qax rayonunda keçirilən baxış nəticəsində 3 min 336 fərdi evin və 19 sosial obyektin qəzalı vəziyyətdə olmasına dair rəylər verilib. Rayonun Güllük, Qapıçay, Ləkit, Ləkit-Kötüklü, Zərnə və Fıstıqlı kəndlərində 295 fərdi ev sökülüb. Bu evlərdən 266-da tikinti işləri aparılır.
Qeyd edilib ki, zəlzələ Güllük kəndinə daha çox ziyan vurub. Güclü yeraltı təkanlar nəticəsində bu kənddəki 550-dən çox fərdi evin, demək olar ki, hamısına müxtəlif dərəcədə ziyan dəyib. Mayın 9-da Prezident İlham Əliyev zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olmaq üçün fəlakət bölgəsinə səfər edərkən Güllük kəndində də olmuş, zərərçəkən sakinlərlə görüşmüşdü. Təbii fəlakətin törətdiyi fəsadlarla yerində tanış olan dövlət başçısı qəzalı evlərin sökülərək təcili surətdə yenilərinin tikilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq göstərişlər vermişdi.
Prezident İlham Əliyevə məlumat verilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən A.Məmmədov üçün tikilmiş fərdi evin ümumi sahəsi 118 kvadratmetrdir. Beş otaqdan ibarət ikimərtəbəli ev qısa müddətdə, yüksək keyfiyyətlə inşa olunub. Yeni ev zəruri avadanlıqla təchiz edilib.
Diqqətə çatdırılıb ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün bütün imkanlar səfərbər edilib. Zəlzələdən ziyan çəkmiş bütün kəndlərdə qısa müddət ərzində yeni gözəl evlər tikilir.
Dövlət başçısı evdə yaradılmış şəraiti yüksək qiymətləndirib.
Evin sahibi Abdulla Məmmədov ailəsi adından Azərbaycan Prezidentinə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib.
Yeni evin sakinləri dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər.

1567