Elmar Məmmədyarov ABŞ konqresmenlərini qəbul etdi
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 8-də ABŞ konqresmeni Deyn Rorabaherin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov iki ölkə arasında mövcud münasibətlərdən məmnunluq ifadə edib.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, regiondakı vəziyyət, enerji, təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
ABŞ konqresmeni terrorizmlə aparılan mübarizəyə, xüsusən də Əfqanıstanda aparılan sülhməramlı missiyaya verdiyi dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıq bildirib.
Öz növbəsində, E. Məmmədyarov da ölkəmizin terrorizmlə mübarizəyə verdiyi töhfə haqda danışıb, qonaqlara Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti haqda ətraflı məlumat verib.
Nazir qeyd edib ki, regionda təhlükəsizliyin təmin olunaraq davamlı qalması üçün Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması olduqca vacibdir. “Torpaqların işğaldan azad olunması regionla yanaşı, beynəlxalq təhlükəsizlik üçün də önəmlidir”, - deyə E. Məmmədyarov vurğuayıb.

Oxşar yazılar

"Dünyanın ən kasıb prezidenti" öldü: simvola çevrilən inqilabçının hekayəsi - ONU TANI
14 may 2025 , 21:52
Tramp şahzadə Salmandan soruşdu: "Gecələr necə yatırsan?"
14 may 2025 , 19:10
Tramp Ukrayna ilə bağlı xoş xəbər gözləyir
14 may 2025 , 18:22
Azərbaycanın ECO-da fəaliyyəti milli maraqların qlobal platformalarda müdafiəsinə xidmət edir - RƏY
14 may 2025 , 09:40
Ermənilər Ordumuzun mövqelərini atəşə tutdu
14 may 2025 , 08:25
Azərbaycanın yeni hərbi prokuroru təyin edildi
13 may 2025 , 17:00
İlham Əliyev PKK-nın ləğvindən DANIŞDI
13 may 2025 , 10:45