MDB ölkələrinin daxili işlər nazirləri Bakıda toplaşıb
Bu il sentyabrın 7-8-də Bakıda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.
DİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və Rusiyanın daxili işlər nazirliklərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə MDB-nin İcraiyyə Komitəsinin sədri, icraçı katib S.N.Lebedev, MDB-nin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və cinayətkarlığın digər təhlükəli növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun direktoru N.A.Ovçinnikov, MDB-nin iştirakçısı olan dövlətlərin Antiterror Mərkəzinin rəhbərinin birinci müavini M.M.Orazaliyev, MDB-nin İcraiyyə Komitəsi nəzdində Daxili İşlər Nazirləri Şurasının nümayəndəsi V.F.Yeryonkin və Beynəlxalq Kriminal Polis Təşkilatı -İnterpolun Baş katibi Ronald Noubl iştirak ediblər.
Azərbaycanın baş naziri Artur Rasizadə tədbir iştirakçılarını salamlayaraq giriş sözü ilə çıxış edib.
MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası haqqında Əsasnaməyə müvafiq olaraq, Azərbaycanın daxili işlər naziri Ramil Usubov Şuranın sədri vəzifəsinə təyin olunub.
İclasda MDB ölkələri Daxili İşlər Nazirliklərinin (polisinin) əməkdaşlığının prioritet məsələləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramın həyata keçirilməsinin gedişatı haqqında danışılıb. Həmçinin 2014-2018-ci illərdə cinayətkarlıqla mübarizədə birgə tədbirlər üzrə Dövlətlərarası Proqramın və 2014-2018-ci illərdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizədə və narkomaniyaya qarşı fəaliyyətdə Müstəqil Dövlətlər Birliyinini iştirakçısı olan dövlətlərin Proqramının layihələrinin işlənib hazırlanması haqqında razılığa gəlinib.
Həmçinin quruma üzv ölkələrin daxili işlər nazirliklərinin əməkdaşlığının inkişaf Konsepsiyası layihəsinin hazırlanması haqqında və şəxslərin dövlətlərarası axtarışının həyata keçirilməsi qaydalarını müəyyən edən sənəd layihəsinin hazırlanmasına da qərar verilib.
Toplantıda bir sıra sənədlərin hazırlanması, Elmi-məsləhət Şurasının yaradılması ilə bağlı da məsələlər müzakirə olunub.

736