NATO-nun baş katibindən yüksək qiymət - FOTO
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Prezident İlham Əliyev NATO-nun baş katibinin Azərbaycana səfərinin əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivlərini müzakirə etmək baxımından səmərəli olacağını bildirib. Dövlət başçısı Azərbaycanla NATO arasında əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. NATO iqamətgahına sonuncu səfərini və diplomatik korpusun nümayəndələri ilə keçirdiyi görüşləri və Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi zaman Nyu-Yorka səfərini, eləcə də NATO-nun Çikaqo sammitində iştirakını məmnunluqla xatırlayan prezident İlham Əliyev səfər zamanı əməkdaşlığımızın inkişafına dair aparılan müzakirələrin əhəmiyyətini qeyd edib. Ölkəmizin NATO-nun Əfqanıstandakı sülhməramlı missiyasında iştirakının, tranzit ölkə kimi Əfqanıstana yüklərin daşımasındakı rolunun və “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində uğurlu əməkdaşlığının önəmini vurğulayan prezident İlham Əliyev Azərbaycanın NATO ilə əməkdaşlığa bundan sonra da öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
NATO-nun baş katibi Anders Foq Rasmussen ölkəmizdə “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunması və Azərbaycan idmançılarının XXX London Yay Olimpiya Oyunlarında əldə etdiyi uğurlar münasibətilə dövlət başçısını təbrik edib.
Azərbaycanda gedən yüksək inkişaf proseslərinin onda xoş təəssürat yaratdığını deyən baş katib ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan məmnunluğunu ifadə edib. Anders Foq Rasmussen Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada birbaşa və daşımalar yolu ilə iştirakını yüksək qiymətləndirib.
Görüşdə Azərbaycan-NATO əlaqələrinin gələcək inkişafı, regional təhlükəsizlik və sabitlik, enerji sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar yazılar

İlham Əliyev Macarıstana getdi
20 may 2025 , 14:10
Ermənistanın sistematik etnik təmizləmə siyasətini ifşa edən videolar nümayiş olundu
19 may 2025 , 21:19
Məhkəmədə Ter-Petrosyanın videosu nümayiş etdirildi
19 may 2025 , 15:12
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
19 may 2025 , 14:28
ABŞ Suriya prezidentini məhv etməyi planlaşdırıb - İDDİA
18 may 2025 , 19:50
Ölüm, casusluq və intim FOTOLAR: İsveç Xarici İşlər Nazirliyindəki qalmaqalın qaranlıq TƏFƏRRÜATLARI
18 may 2025 , 14:05
Ədalət partiyasının yeni sədri seçildi
17 may 2025 , 15:53