Əli Həsənov Elçibəyin ailəsinə çatacaq puldan danışdı
“Milli Məclis tərəfindən qəbul olunmuş və Azərbaycan prezidenti tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasının eks-prezidentləri və onların ailə üzvlərinin təminatı haqqında” qanun ölkənin bütün eks-prezidentlərinə və onların ailə üzvlərinə tətbiq olunur.
Bu qanun həm Ayaz Mütəllibova, həm də Əbülfəz Elçibəyə, onun ailə üzvlərinə şamil edilir. Mətbuatda bunun əksi ilə bağlı səslənən bəzi fikirlərin həqiqətə uyğunluğu yoxdur”.
Bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov APA-nın sualını cavablandırarkən deyib.
O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının eks-prezidentləri və onların ailə üzvlərinin təminatı haqqında” qanunun müddəalarının tətbiqi ilə bağlı Maliyyə Nazirliyinə müvafiq tapşırıqlar verib: “Bu günlərdə Maliyyə Nazirliyi həmin qanunun mərhum Əbülfəz Elçibəyin xanımına, həm də Ayaz Mütəllibova, onun ailəsinə tətbiqi ilə bağlı lazımi addımlar atacaq. Qanunda nəzərdə tutulan həm maddi, həm də digər bütün müddəalar hər iki prezidentin ailəsinə şamil olunacaq”

Oxşar yazılar

"Dünyanın ən kasıb prezidenti" öldü: simvola çevrilən inqilabçının hekayəsi - ONU TANI
14 may 2025 , 21:52
Tramp şahzadə Salmandan soruşdu: "Gecələr necə yatırsan?"
14 may 2025 , 19:10
Tramp Ukrayna ilə bağlı xoş xəbər gözləyir
14 may 2025 , 18:22
Azərbaycanın ECO-da fəaliyyəti milli maraqların qlobal platformalarda müdafiəsinə xidmət edir - RƏY
14 may 2025 , 09:40
Ermənilər Ordumuzun mövqelərini atəşə tutdu
14 may 2025 , 08:25
Azərbaycanın yeni hərbi prokuroru təyin edildi
13 may 2025 , 17:00
İlham Əliyev PKK-nın ləğvindən DANIŞDI
13 may 2025 , 10:45