Filip Misfelder: “Ermənistanın bu addımı yersizdir”
Almaniya Bundestaqının üzvü, hakim Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı parlament fraksiyasının Xarici siyasət komitəsinin sözçüsü Filip Misfelder (Philipp Missfelder) Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə əlaqədar məsələlərə münasibətini açıqlayıb.
Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Filip Misfelder bildirib ki, Avropa Birliyinin (AB) üzvü kimi Macarıstan Respublikası AB-nin hüquqi dövlət prinsiplərinə bağlıdır, ona görə də Budapeştin Ramil Səfərovun Azərbaycana ekstradisiya etməsinin qanunauyğunluğuna heç bir şübhə yoxdur: “Bu səbəbdən Ermənistanın Macarıstanla diplomatik əlaqələrini dayandırması tamamilə yersiz addımdır. Ermənistan hökumətinin "bizim yaxın tərəfdaşımız olan Macarıstanın Ramil Səfərovu Azərbaycana ekstradisiya etməsi Azərbaycanla Ermənistan arasında sülh prosesini təhlükə altına alır" iradı Macarıstanda mövcud olan Avropa ədliyyə və hüquq standartlarına uyğun gəlmir. Macarıstanla diplomatik əlaqələri kəsmək Ermənistan hökumətinin ölkəni Avropa Birliyinə daha da yaxınlaşdırmaq məqsədlərini təhlükə altına alır”.
Filip Misfelder hesab edir ki, əslində, beynəlxalq hüquqla tanınmayan “Dağlıq Qarabağ Respublikası”nda 19 iyul 2012-ci ildə keçirilən qondarma "prezident seçkiləri" beynəlxalq birliyin Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması və normal qonşuluq münasibətlərinin yaradılması istiqamətində səylərinə ağır zərbə vurub: ““Prezident seçkiləri"nin birtərəfli nəticəsi Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həlli imkanlarını yenidən çətinləşdirib”.

Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45