AŞPA-nın payız sessiyasının gündəliyi açıqlandı
07 sentyabr 2012 13:28 (UTC +04:00)

AŞPA-nın payız sessiyasının gündəliyi açıqlandı

Avropa Şurası Parlament Assambleyasının oktyabrın 1-5-də Strasburqda keçiriləcək payız sessiyasının gündəliyi açıqlanıb. APA-nın məlumatına görə, sessiyanın gündəliyinə Rusiya Avropa Şurası qarşısında öhdəlikləri, Avropa Şurasına üzv ölkələrin xarici siyasətində demokratiya və insan haqları, siyasi məhbus anlayışının müəyyənləşməsi (məruzə Kristofer Ştrosser tərəfindən təqdim olunub), siyasi partiyalarda gender bərabərliyi məsələləri daxil edilib.

Oktyabrın 5-də Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov “Avropa ali təhsil məkanının birləşməsi və beynəlxalq şəffaflığı” mövzusunda məruzə təqdim edəcək.

Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin yerinə yetirilməsinə həsr olunmuş məruzə payız sessiyasının gündəliyinə daxil edilməyib. Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya bildirib ki, AŞPA Monitorinq Komitəsinin sentyabrın 4-də Parisdə keçirilmiş iclasında məruzənin ilk variantı müzakirə olunub: “Monitorinq Komitəsinin həmməruzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt məruzənin yekun variantını hazırlamaq üçün Azərbaycana gələcəklər. Ola bilsin, səfər noyabrda baş tutsun”.

Səməd Seyidovun sözlərinə görə, Azərbaycanla bağlı məruzənin AŞPA-nın yanvar sessiyasından əvvəl gündəliyinə daxil ediləcəyi gözlənilmir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 940

Oxşar yazılar