Bayram Səfərov: “Ermənistan bu reallığı qəbul etməlidir...”
“Ermənistan qondarma Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanıya bilməz”.
Lent.az-ın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov söyləyib.
Bayram Səfərov bildirib ki, Ermənistan hakimiyyəti Azərbaycanın diplomatik uğurlarından ciddi narahatlıq keçirir, buna görə də müxtəlif təkliflərlə çıxış edir və parlamentə məlum qanun layihəsini təqdim edirlər: “Bu cəhdlərin heç bir mənası yoxdur. Çünki Azərbaycan öz mövqeyində ədalətlidir. Mövcud münaqişənin səbəbkarı Ermənistandır. Əgər bu dövlət Azərbaycanın torpaqlarını işğal etməsəydi, bir milyondan çox insanı hərbi təcavüz nəticəsində öz torpaqlarından çıxarmasaydı bu münaqişə də yaranmazdı. Ermənilər başa düşməlidir ki, müxtəlif yollarla əl atmaqla, yalan bəyanatlar verməklə heç kimi aldada bilməyəcəklər. Çətin durumda olan Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımaq iqtidarında da deyil. Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad edəcək. Ermənistan bu reallığı anlamalı və qəbul etməlidir”.

Oxşar yazılar

"Dünyanın ən kasıb prezidenti" öldü: simvola çevrilən inqilabçının hekayəsi - ONU TANI
14 may 2025 , 21:52
Tramp şahzadə Salmandan soruşdu: "Gecələr necə yatırsan?"
14 may 2025 , 19:10
Tramp Ukrayna ilə bağlı xoş xəbər gözləyir
14 may 2025 , 18:22
Azərbaycanın ECO-da fəaliyyəti milli maraqların qlobal platformalarda müdafiəsinə xidmət edir - RƏY
14 may 2025 , 09:40
Ermənilər Ordumuzun mövqelərini atəşə tutdu
14 may 2025 , 08:25
Azərbaycanın yeni hərbi prokuroru təyin edildi
13 may 2025 , 17:00
İlham Əliyev PKK-nın ləğvindən DANIŞDI
13 may 2025 , 10:45