
Macar ziyalılardan Azərbaycana dəstək
Budapeştdə ömürlük həbs cəzası çəkən Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması və Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv edilməsindən sonra macar mətbuatının, radio və televiziyalarının, elektron KİV-lərinin əsas mövzusu Azərbaycan olub. Azərbaycanın Macarıstandakı səfirliyindən Lent.az-a bildirilib ki, erməni diasporu hər vasitə ilə həqiqəti təhrif etməyə, ölkəmizə qara yaxmağa çalışır. Belə şəraitdə Azərbaycanın haqq mövqeyini müdafiə edən macarların fikirləri xüsusi ilə qiymətlidir. Macarıstanlı türkoloq Eva Csaki və tanınmış musiqişünas, professor Janos Sipos son günlərdə Macarıstanda Azərbaycan əleyhinə səslənən fikirlərlə əlaqədar narahatlıqlarını ifadə edərək səfir Vilayət Quliyevə məktub ünvanlayıb. Məktub müəllifləri Azərbaycan xalqına rəğbət və dəstəklərini ifadə ediblər
.
Məktubda J.Siposun Azərbaycanda musiqi folkloru araşdırmaları zamanı Dağlıq Qarabağdan olan məcburi köçkünlərlə görüşdüyü xatırlanır, “Azərbaycan xalqının çətinliklərini yaxşı başa düşürük. Bu çətin gününüzdə yanınızdayıq” deyilir.
.
Məktubda J.Siposun Azərbaycanda musiqi folkloru araşdırmaları zamanı Dağlıq Qarabağdan olan məcburi köçkünlərlə görüşdüyü xatırlanır, “Azərbaycan xalqının çətinliklərini yaxşı başa düşürük. Bu çətin gününüzdə yanınızdayıq” deyilir.
Oxşar yazılar

"Dünyanın ən kasıb prezidenti" öldü: simvola çevrilən inqilabçının hekayəsi - ONU TANI
14 may 2025 , 21:52
Tramp şahzadə Salmandan soruşdu: "Gecələr necə yatırsan?"
14 may 2025 , 19:10
Tramp Ukrayna ilə bağlı xoş xəbər gözləyir
14 may 2025 , 18:22
Azərbaycanın ECO-da fəaliyyəti milli maraqların qlobal platformalarda müdafiəsinə xidmət edir - RƏY
14 may 2025 , 09:40
Ermənilər Ordumuzun mövqelərini atəşə tutdu
14 may 2025 , 08:25
Azərbaycanın yeni hərbi prokuroru təyin edildi
13 may 2025 , 17:00
İlham Əliyev PKK-nın ləğvindən DANIŞDI
13 may 2025 , 10:45