DİN Müsavatın rayon təşkilatının sədrinə cavab verdi
06 sentyabr 2012 17:33 (UTC +04:00)

DİN Müsavatın rayon təşkilatının sədrinə cavab verdi

Daxili İşlər Nazirliyi İctimai Palatanın Göygöl regional təşkilatının təşəbbüs qrupunun üzvü, Müsavat Partiyası Göygöl rayon təşkilatının sədri Subatay Quluzadənin iddiaları ilə bağlı məsələyə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, S.Quluzadənin Göygöl Rayon Polis Şöbəsində təzyiqə məruz qalması ilə bağlı dedikləri həqiqətə uyğun deyil. DİN rəsmisi “müxalifətçi fəalın öz qanunsuz əməllərinə siyasi don geydirmək istədiyini” vurğulayıb: “Göygöl rayonunun Aşıqlı kənd sakini olan Subatay Quluzadə yaşadığı ərazidə qanunsuz olaraq torpaq sahəsini zəbt edib, bu ərazidən qonşulara gedən su boru xətlərini kəsib, həmçinin həmin ərazidə çəpərləmə apararaq dağlıq ərazidən gələn sel-suların qarşısını kəsərək onu qonşuların ərazilərinə istiqamətləndirib. Belə bir durum da haqlı olaraq qonşuların narazılığına səbəb olub, bu barədə onlar, kənd icra nümayəndəsi və bələdiyyə sədri məsələ ilə bağlı Rayon Polis Şöbəsinə müraciət ediblər. Bundan sonra, sentyabrın 2-də saat 17 radələrində Göygöl RPŞ-nin rəisi, polis polkovniki Şirzad Əsgərov RPŞ-nin məsul əməkdaşlarının, Aşıqlı kənd icra nümayəndəsi və bələdiyyə sədrinin, sahə rəisinin iştirakı ilə S.Quluzadəni qəbul edib. Bundan əvvəl aparılmış araşdırmalarla isə qeyd edilən şikayətlərin əsaslı olduğu təsdiqlənib. Qəbul zamanı S.Quluzadəyə zəbt etdiyi ərazinin ətrafına çəkdiyi çəpəri sökməsinin, kəsilmiş su xətlərinin bərpa etməsinin zəruriliyi izah edilib. Lakin S.Quluzadənin və ailə üzvlərinin əraziyə cəlb olunmuş texnikanın işinə mane olması cəhdlərinə rəğmən sözügedən ərazidə kanal qazılıb, məsələ həllini tapıb. Baxmayaraq ki, S.Quluzadə məsələ ilə bağlı bəzi KİV-lərə verdiyi açıqlamada kanalı guya özünün qazdığını iddia edir.

S.Quluzadə sentyabrın 4-də nahar vaxtı yenidən RPŞ-yə gəlib, rəislə görüşmək istədiyini deyib. Qəbul günü olduğundan şöbə rəisi onu digər sakinlərlə birlikdə qəbul edib, qəbul qısa müddətdə başa çatıb. Bu xüsusda S.Quluzadənin guya RPŞ-də bir neçə saat saxlanılması, bu barədə heç bir sənəd tərtib olunmadığına dair özünün dediklərinin və İctimai Palatanın yaydığı bəyanatda göstərilənlərin əksinə olaraq, qeyd etməliyəm ki, onun Şöbədə saxlanılması barədə söylənilənlərin heç bir əsası yoxdur. S.Quluzadə və digər şəxslərin RPŞ-nin rəisi tərəfindən qəbul edilməsinə dair Şöbənin vətəndaşların qəbuluna aid jurnalında müvafiq qeydiyyat da aparılıb. Ən maraqlısı isə qəbul zamanı S.Quluzadənin polis fəaliyyətinə aid olmayan əsassız iddialar səsləndirməsi, polis rəisindən bu iddiaların gerçəkləşməsi üçün yardım istəməsi olub ki, Ş.Əsgərov tərəfindən də həmin təklif rədd edilib. Məhz bundan sonra Subatay Quluzadə rəisə Müsavat Partiyası Göygöl rayon təşkilatının sədri olduğunu xatırladaraq, mediaya RPŞ-də təzyiqə məruz qalması və döyülməsi barədə məlumatlar verəcəyini bildirib. Ona görə də S.Quluzadənin Göygöl RPŞ-nin rəhbərliyi barədə yaydığı məlumatların hamısı böhtan və şantajdan başqa bir şey deyil, tərəfimizdən də qəti şəkildə təkzib olunur".

Qeyd edək ki, sentyabrın 5-də İctimai Palata bəyanat yayıb. Bəyanatda Subatay Quluzadəyə Göygöl RPŞ-də təzyiq göstərilməsi və Müsavat Partiyasından istefa verməsinin təklif olunması bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1453

Oxşar yazılar

Almaniya prezidenti Azərbaycana gəldi

Almaniya prezidenti Azərbaycana gəldi

1 aprel 2025 , 21:31
Azərbaycanda  maliyyə hesabatı   təqdim edən partiyaların SİYAHISI

Azərbaycanda maliyyə hesabatı təqdim edən partiyaların SİYAHISI

1 aprel 2025 , 19:49
Tramp Putini  diz çökdürə   bilər -  İDDİA

Tramp Putini diz çökdürə bilər - İDDİA

1 aprel 2025 , 19:46
Baş prokuror Vyetnamda

Baş prokuror Vyetnamda

1 aprel 2025 , 15:05
Almaniya Azərbaycandan üzr istədi

Almaniya Azərbaycandan üzr istədi

1 aprel 2025 , 08:29
Ralf Horlemann

Almaniya səfirinə SƏRT XƏBƏRDARLIQ: "Üzrxahlıq edilməlidir!"

31 mart 2025 , 19:34
Ermənistan silahlı təxribatlarını belə gizlədir

Ermənistan silahlı təxribatlarını belə gizlədir

31 mart 2025 , 18:25
Ermənistandan növbəti TƏXRİBAT:  Dron qaldırdı, atəş açdı...

Ermənistandan növbəti TƏXRİBAT: Dron qaldırdı, atəş açdı...

31 mart 2025 , 10:18