Əli Əhmədov: “Bu, ölüm hökmü olardı...”
05 sentyabr 2012 16:28 (UTC +04:00)

Əli Əhmədov: “Bu, ölüm hökmü olardı...”

Lent.az-ın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında partiyanın icraçı katibi Əli Əhmədov söyləyib.

Əli Əhmədov deyib ki, formal olaraq guya buna səbəb Macarıstandan ekstradisiya edilən Azərbaycan zabiti Ramil Səfərovun Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilməsidir. Onun sözlərinə görə, Prezidentin əfv sərəncamı həm müvafiq beynəlxalq müqavilələrə, həm də ölkə qanunvericiliyinə tam uyğundur. “Hesab edirəm ki, indiki halda dünya birliyini və beynəlxalq təşkilatları daha çox erməni terrorçu təşkilatı olan ASALA-nın Azərbaycan və Türk diplomatlarını kütləvi surətdə qətlə yetirmək barəsində yaydığı bəyanat olmalıdır. Erməni terrorçu təşkilatlarının bu sahədə “zəngin təcrübəsi” də hamıya yaxşı məlumdur”.

Əli Əhmədov Ermənistan parlamentində Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinin müzakirəyə çıxarılmasına da münasibət bildirib: “ Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanıması Minsk qrupunun ölüm hökmü olardı. Mən heç də Minsk qrupunun qayğısına qalmaq fikrində deyiləm. Onsuz da bu qurum 20 ildir fəaliyyətsizdir, lakin bu “fəaliyyətsizlik” ermənilərin xeyrinə işləyir. Düşünmürəm ki, Ermənistan rəhbərliyi daha çox onların marağına uyğun hərəkət edən Minsk qrupunun fəaliyyətinə xitam verəcək addımı atsın. Rusiyanın və Fransanın buna razılıq verəcəyinə inanmaq çətindir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2110

Oxşar yazılar