Sarkisyan böyük təzyiq qarşısında
İş o yerə çatıb ki, Ermənistan prezidenti Serj Sarkisyan bu gün Milli Təhlükəsizlik Şurasının fövqəladə toplantısını çağırıb.
Elə Sarkisyanın özünə qarşı da erməni ictimaiyyətində təpkilər ara vermir. Lent.az-ın Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu gün bu ölkənin 80-dən çox ictimai və qeyri-hökumət təşkilatı, habelə ayrı-ayrı cəmiyyətlər Sarkisyan iqtidarına yönəlik birgə müraciət imzalayıblar. Onlar Ermənistan iqtidarını, konkret Sarkisyanı diplomatik uğursuzluqda günahlandırıblar. Bu qurumlar bəyan ediblər ki, Azərbaycan illərdi çatmaq istədiyi niyyətini bu gün reallaşdırdı.
Bu arada Azərbaycan bayrağını təhqir etdiyinə görə Ramil Səfərov tərəfindən qətlə yetirilmiş erməni zabit Qurqen Marqaryanın ailəsinin vəkili Nazeli Vardanayn da sərt açıqlama verib. O, bildirib ki, Azərbaycan səkkiz il Səfərovun azad olunması uğrunda mübarizə apardı və sonda qalib gəldi. “Erməni diasporu, Ermənistan hakimiyyəti bunun fərqindədirmi? Ramil Səfərovun hər məhkəmə prosesinə Azərbaycan və Türkiyə səfirliyinin nümayəndələri iştirak edirdi. Biz isə sadəcə təklənmişdik. Ona görə də əslində Ramil Səfərovun azadlığa buraxılmasını gözlənilən sayıram” – deyə, o, bildirib.

4100