Elmar Məmmədyarov Suriya xarici işlər naziri ilə görüşdü
30 avqust 2012 14:41 (UTC +04:00)

Elmar Məmmədyarov Suriya xarici işlər naziri ilə görüşdü

0
Xarici işlər naziri Elmar Məmmədyarov İranda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirakı çərçivəsində Suriya tərəfinin təşəbbüsü əsasında bu ölkənin Xarici İşlər Naziri Valid əl-Muallem ilə görüşüb.



Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı qeyr-daimi üzvlüyü ilə bağlı fikir mübadiləsi aparılıb.



Hər iki ölkənin suverenliyi və ərazi bütövlüyü ilə bağlı qarşılıqlı dəstək ifadə olunub. Elmar Məmmədyarov tərəfindən ölkəmizin Yaxın Şərqdəki, o cümlədən Suriyadakı proseslərlə bağlı mövqeyi bir daha səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1272

Oxşar yazılar