Suriya erməniləri işğal altındakı Azərbaycan torpaqlarında yaşamaq istəmirlər
Suriya erməniləri işğal altındakı Azərbaycan torpaqlarında yerləşməkdən imtina ediblər.
APA-nın “EurasiaNet” saytına istinadən verdiyi məlumata görə, bir qədər əvvəl Ermənistan vətəndaş müharibəsi ilə əlaqədar Suriyadan qaçqın düşmüş ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsini təklifini irəli sürmüş, bu təklif Azərbaycan tərəfindən etirazla qarşılanmışdı.
Ermənistanın təklifinə baxmayaraq, separatçı Dağlıq Qarabağ rejimi hələlik Suriya ermənilərindən məskunlaşmaq üçün müraciətin olmadığı bildirib. Bu barədə separatçı rejimin “rəsmi nümayəndəsi” David Babayan açıqlama verib.
“Bununla belə, müraciət olarsa, soydaşlarımıza məskunlaşma üçün hər cür yardım etməyə hazırıq”, - deyə D. Babayan bildirib.

1617