Azərbaycan prezidenti Türkiyənin iqtisadiyyat nazirini qəbul edib - FOTO
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı enerji, nəqliyyat və digər sahələrdə həyata keçirilən birgə layihələrin önəmini qeyd edib.
Prezident İlham Əliyev Türkiyənin iqtisadiyyat nazirinin ölkəmizə səfərinin bu sahədə görülən işlərin təhlili və yeni layihələrin tərtibi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib.
Türkiyənin iqtisadiyyat naziri Z. Çağlayan prezident Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. O, ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsində dövlət və hökumət başçılarının verdiyi tövsiyələrin önəmini vurğulayıb.
Dövlət başçısı prezident Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin dövlət başçısına və baş nazirinə çatdırmağı xahiş edib.

814