Azərbaycan-Çili əməkdaşlığı müzakirə edilib
13 avqust 2012 13:11 (UTC +04:00)

Azərbaycan-Çili əməkdaşlığı müzakirə edilib

Azərbaycan-Çili Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması məqsədilə Xüsusi Tapşırıqlar üzrə səfir Yaşar Əliyev avqustun 9-da Çilinin paytaxtı Santiaqoya səfər edib. Bu barədə Lent.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı Y. Əliyev Çilinin xarici işlər nazirinin müavini Fernando Schmidt ilə görüşüb. Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud potensial və perspektivlər barədə fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycanın Buenos-Ayresdəki səfirinin Çiliyə, bu ölkənin Ankaradakı səfirinin isə Azərbaycana akkreditə olunmasını müsbət başlanğıc kimi qiymətləndiriblər. Görüşdə həmçinin, iki ölkə arasında əlaqələrin inkişafı üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin, müqavilə-hüquq bazasının genişləndirilməsinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın aparılmasının, iqtisadi-ticarət, humanitar, mədəniyyət, təhsil sahələrində mübadilələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib.

Görüşün ardınca Çili Xarici İşlər Nazirliyinin Çoxtərəfli Məsələlər üzrə baş direktoru Adolfo Garafi və İkitərəfli Məsələlər üzrə Baş Direktoru Rodrigo Gaete ilə Azərbaycan-Çili Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 812

Oxşar yazılar