Zeytun yağının yeni faydalı xüsusiyyəti kəşf edilib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, zeytun yağının iltihabla mübarizə aparmağa və infarktdan qorumağa kömək etdiyi aşkar edilib.
Mütəxəssislər zeytun yağının tərkibindəki sağlam yağlar sayəsində yüksək sıxlıqlı lipoprotein (HDL) və ya "yaxşı" xolesterinin səviyyəsinə müsbət təsir etdiyini müəyyən ediblər.
Zeytun yağı istehlak edən insanların infarkt və ya digər təhlükəli ürək-damar xəstəlikləri riskini azaldan, iltihabla digərlərindən daha yaxşı mübarizə aparan HDL-yə sahib olduqları məlum olub.