Endokrinoloq Yekaterina Yanq yuxu problemlərindən xilas olmağın sadə üsulunu açıqlayıb.
Lent.az xarici mətbuata istinadə xəbər verir ki, həkimin fikrincə, yaxşı yuxu sağlamlığın, gözəlliyin asılı olduğu orqanizmin əsas ehtiyacıdır.
Onun sözlərinə görə, bir insan uzun müddət yuxuya gedə bilmirsə və ya gecə ərzində bir neçə dəfə oyanırsa, bədəni lazımi istirahət almır:
“Bu vəziyyət kortizolun artması səbəbindən baş verir. Gecə yuxuya getməkdə və ya oyanmaqda çətinlik çəkənlər yatmazdan əvvəl makaron və tort kimi qidalardan uzaq durmalıdır. Kortizol artımının qarşısını almaq və keyfiyyətli yuxu əldə etmək üçün axşam yeməyinizə sağlam karbohidratlar əlavə edin”.