Yuxusuzluq  orqanizmə   necə təsir edir?
11 yanvar 2024 17:35 (UTC +04:00)

Yuxusuzluq orqanizmə necə təsir edir?

Alimlər yuxusuz bir gecədən sonra orqanizmin fəaliyyətinin necə dəyişdiyini kəşf ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, cəmi bir gün yuxusuz qalmaq beyin fəaliyyətini pozur.

Təcrübədə 21 könüllü gənc iştirakçı iştirak edib və onlardan bir sıra testlər keçmələri istənilib. İştirakçılar yuxusuz bir gecə keçiriblər. Alimlər aşkar ediblər ki, “yuxusuzluq geniş yayılmış fraksiya anizotropiya ilə müşayiət olunur” və bu, beyindəki “birləşdirici” şəbəkələrin deqradasiyasını göstərir.

Bu dəyişikliklər beynin müxtəlif hissələrində aşkar edilib. Bu zərərin nə qədər qalıcı olduğu və növbəti gecə yaxşı bir yuxunun onun təsirini geri qaytara biləcəyi bəlli deyil. Neyron toxumamızdakı bu struktur dəyişikliklərə digər amillərin təsiri ilə bağlı sual da qalır.

Bununla belə, xroniki yuxu çatışmazlığının beyin strukturunda daha uzunmüddətli dəyişikliklərə səbəb ola biləcəyi irəli sürülüb, baxmayaraq ki, bu fərziyyə əlavə aydınlaşdırma tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7776
avatar

Arzu Qurbanlı

Oxşar yazılar