Qida bazarlarında vəhşi heyvan ticarəti, koronavirus kimi yeni xəstəliklərin yayılmasına səbəb ola bilər.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib.
“Heyvanlar, xüsusən vəhşi heyvanlar, insanların yeni yoluxucu xəstəliklərə yoluxmasının 70 faizdən çox mənbəyidir”, - xəbərdarlıqda vurğulanır.
Təşkilat ayrıca vəhşi məməlilərin yeni xəstəliklərin ortaya çıxması səbəbindən təhlükə yaratdığını da əlavə edib.