Keçmiş meşəbəyi arvadını və özünü bıçaqladı: kişi öldü,  qadın isə... - YENİLƏNİB
04 avqust 2026 11:46 (UTC +04:00)

Keçmiş meşəbəyi arvadını və özünü bıçaqladı: kişi öldü, qadın isə... - YENİLƏNİB

7

Abşeronda əri tərəfindən bıçaqlanan qadının son durumu açıqlanıb. 

TƏBİB-dən Lent.az-a bildirilib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilən 1978-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi Üz-çənə cərrahiyyəsi şöbəsində davam etdirilir.

Qeyd olunub ki, onun vəziyyəti orta ağır qiymətləndirilir.

***

3 avqust, saat 16:46

Xırdalanda törədilən qətllə bağlı yeni faktlar məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Tərlan İbrahimov Zaqatalanın Muğanlı kəndindəndir. O, əvvəllər Zaqatalada meşəbəyi işləyib. İşdən çıxdıqdan sonra rayondan köçüb. Xeyli müddət imiş ki, onlar Xırdalanda yaşayırmış. Ailənin iki övladı olub. İlkin məlumata görə, hadisə ailə münaqişəsi səbəb olub. 

Araşdırmalar davam etdirilir. 

***

saat 15:13

Abşeronda dəhşətli cinayət törədilib. 

Lent.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. 

Zaqatala sakini 1972-ci il təvəllüdlü Tərlan İbrahimov yaşadığı evdə həyat yoldaşı, 1978-ci il təvəllüdlü Günəş İbrahimovanı və özünü bıçaqlayıb. 

Nəticədə kişi ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Abşeron Prokurorluğu tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
7
# 19112

Oxşar yazılar