Yayın vacib İÇKİSİ
17 iyun 2023 13:45 (UTC +04:00)

Yayın vacib İÇKİSİ

Dietoloq Kavita Devqan yayda istehlak edilən içkiləri açıqlayıb.

Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, dietoloq bildirir ki, kişmiş suyu tərkibindəki dəmir qan hüceyrələrini sağlam saxlamağa kömək edir. İçki tərləmə nəticəsində itirilən elektrolitləri bərpa edir və təbii şəkərlər sayəsində enerji partlayışını təmin edir.

Kişmiş suyu bağırsaq sağlamlığını dəstəkləyir və toxluq hissi yaradaraq arıqlamağınıza kömək edir. Zəngin antioksidant və vitamin tərkibi ilə dərinin parlaq olmasına kömək edir.

Kişmiş suyunun hazırlanması çox sadədir: 1 stəkan kişmişi 4 stəkan suda bir gecədə isladın, qarışdırın və için.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2408

Oxşar yazılar