Yay aylarında meyvə-tərəvəz istehlakına üstünlük vermək lazımdır.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, isti havada orqanizm çox maye itirdiyi üçün gün ərzində 2-2,5 litr su içilməlidir.
Bir çoxları yayda yemək yeməməyə üstünlük versə də, uzun müddət ac qalmaq maddələr mübadiləsinin yavaş işləməsinə səbəb olur. Buna görə də 3-4 saat fasilə ilə gündə 3 dəfə qidalanmaq tövsiyə olunur.
Yay aylarında həddindən artıq yağlı, yüksək duzlu qızartma və qovurma kimi qidalardan qaçmaq lazımdır. Bu qidaları qaynadılmış, manqalda və ya sobada bişmiş qidalarla əvəzləmək daha faydalı olar.
Həddindən artıq şəkərli içkilər də susuzluğu artırır. Mineral su, şəkərsiz kompot, limonad kimi içkilərə üstünlük vermək daha məsləhətlidir.