Yatanda bunları etməyin ki, ömrünüz uzun olsun
24 mart 2023 16:15 (UTC +04:00)

Yatanda bunları etməyin ki, ömrünüz uzun olsun

Özünüzü yuxulu, gərgin hiss edirsinizsə, bunun başlıca səbəblərindən biri yuxu problemi ola bilər. Yuxunun nə qədər vacib olduğunu alimlər də təsdiq edir. Ancaq gündə nə qədər yatmaq lazımdır ki, gün ərzində gümrah olaq?

Lent.az xəbər verir ki, alimlərin fikrincə, az yatmaq həyatımızda pis nəticələr verə bilər.

Belə ki, daha uzun həyat yaşamaq üçün 7-8 saat yatmaq, yuxu dərmanı qəbul etməmək, həftədə heç olmasa beş gün yaxşı dincəlmək, yatmağa az qalmış kofein içməmək, gün ərzində su qəbul etmək lazımdır.

Yatmazdan öncə telefon və ya planşetlə oynamayın, kompüterə qaranlıqda baxmayın. Bu da öz növbəsində yuxunu qaçıran, gözə və beyinə birbaşa ziyan edən vasitələrdir.

Bundan başqa, yuxu bölünməsi yaşamadan yatmaq da vacib amillərdəndir. Bütün bunlar ürək-damar sistemi, beyinin normal işləməsi, xərçəng xəstəliyindən qorunma riski və digər xəstəliklərin qarşısını almaq yardımçı olur.

# 2100
avatar

Nigar Namiq

Oxşar yazılar