Endokrinoloq Yelena Qubkina xroniki stressin ciddi nəticələrini açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, uzun müddət davam edən emosional stress vəziyyətinə görə psixikada və daxili orqanların işində pozğunluqlar baş verir.
Onun sözlərinə görə, insan tez yorulur, zəif yatır, tez-tez baş ağrılarından əziyyət çəkir və nəhayət, immuniteti aşağı düşür:
“Uzun müddət davam edən stressin təsiri altında sinir və endokrin sistemlərin funksiyası pozula bilər ki, bu da öz növbəsində infarkt və insult riskini artırır. Bu baxımdan, stress səviyyəsini azaltmaq üçün düzgün yemək, idman etmək və istirahət etmək lazımdır”.