Xərçəngdən necə qorunmalı: Xəstəlik riskini azaldan 5 qida
01 fevral 2024 10:07 (UTC +04:00)

Xərçəngdən necə qorunmalı: Xəstəlik riskini azaldan 5 qida

Həkimlər xərçəng riskini əhəmiyyətli dərəcədə azaldan qidaları açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, elmi araşdırmalar göstərir ki, pəhriz və müəyyən yemək vərdişlərində dəyişikliklər xərçəngin inkişafının qarşısını effektiv şəkildə ala bilər. 

Taxıl tərkibli bitkilər

Bütün dünyadakı dietoloqlar, həzm sisteminə faydalı təsir göstərən, immunitet sistemini gücləndirən və iltihabı azaldan liflə zəngin olduğuna görə, paxlalı bitkiləri qida rasionuna daxil etməkdə israrlıdırlar. Bitki mənşəli liflə zəngin qidaların istehlakı kolorektal xərçəng riskinin azalması ilə əlaqələndirilir.

Qoz-fındıq

Gündə az miqdarda qoz-fındıq yeyən insanlarda ümumi xərçəng riski 15% azdır.

Zəncəfil

Zəncəfil zəngin və ədviyyatlı kökü ilə sağlamlıq faydaları ilə məşhurdur. Alimlər zəncəfilin iltihabı azalda biləcəyini və müxtəlif xroniki xəstəliklərin inkişafının qarşısını almaq potensialına malik olduğunu müəyyən ediblər. Buna zəncəfilin tərkibində olan və xərçəng əleyhinə güclü təsir göstərən aktiv maddə 6-şiqaol kömək edir.

Yaşıllıq

Kələm, ispanaq və brokoli yemək kolorektal xərçəng riskini azaldır, Qlükozinolatlarla zəngin olan yarpaqlı göyərti sidik kisəsi xərçəngi və kolorektal xərçəng də daxil olmaqla müxtəlif xərçəng növlərinin qarşısını almaqda təsirli ola bilər.

Yaşıl çay

Yaşıl çayın faydaları, güclü antioksidan və antibiotik xüsusiyyətlərinə malik olan katexin polifenollarının tərkibinə görə yaxşı bilinir. Bu katexinlər həmçinin dərini zərərli ultrabənövşəyi radiasiyadan qoruya, hüceyrə karsinoması və bədxassəli melanoma daxil olmaqla dəri xərçəngi riskini azalda bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23937
avatar

Arzu Qurbanlı

Oxşar yazılar