Ukraynalı onkoloq Yevgeni Komarovski xərçəngin inkişaf riskini azaltmağın təsirli yollarını açıqlayıb.
Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, onkoloq bildirib ki, hər şeydən əvvəl siqareti atmaq çox vacibdir.
Onun sözlərinə görə, eyni zamanda pəhrizdə spirt miqdarını minimuma endirmək lazımdır:
“Pəhrizin əsasını bitki qidaları təşkil etməlidir. Hər gün təzə tərəvəz, meyvə, giləmeyvə, göyərti yemək vacibdir. “Fast food”, şirniyyat və xəmir yeməklərindən imtina edilməlidir. Donuz və mal əti, həmçinin kolbasa həftədə üç dəfədən çox olmayaraq, gün ərzində bir dəfə yeyilməlidir. Xərçəngin qarşısını almaq üçün idman etməyi unutmayın. Həftədə ən azı üç dəfə məşq etmək tövsiyə olunur”.