Alimlər xərçəng riskini artıran iki əsas amili aşkar ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, xərçəng riskini artıran birinci amilin siqaret olduğu müəyyən olunub.
Alimlər aşkar ediblər ki, xərçəngə tutulma riski ən çox siqaret çəkənlərdə olur. Tədqiqatın nəticələri də göstərir ki, 50 yaşdan yuxarı demək olar ki, bütün insanlar üçün xərçəıng riski iki faizdən çoxdur. Buna görə də, siqaretdən əlavə, yaş ikinci əsas risk faktorudur.
Alkoqol, qırmızı ət istehlakı və fiziki hərəkətsizlik də kişilərdə xərçəng riskinin artması ilə əlaqələndirilir.
Qadınlarda bədən kütləsi indeksi, tip 2 diabet, histerektomiya, paritet, yüksək qan təzyiqi, boruların bağlanması və fiziki hərəkətsizlik xərçəng riskinin artmasına səbəb olur.