Uşaqlıqda stress keçirmək  bu xəstəliyə   səbəb olur
18 yanvar 2024 17:48 (UTC +04:00)

Uşaqlıqda stress keçirmək bu xəstəliyə səbəb olur

Alimlər uşaqlıq yaşlarında baş verən güclü stresin fəsadlarını açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, uşaqlıq illərində yaşanan stress gələcəkdə damar sağlamlığının pisləşməsinə səbəb olur.

Kaliforniya Cənubi Universitetinin alimləri müəyyən ediblər ki, yeniyetməlikdən yetkinliyə qədər yüksək stress keçirən gənclərin yüksək qan təzyiqi, piylənmə və digər kardiometabolik risk faktorlarına daha çox rast gəlinir. 

Mütəxəssislər Cənubi Kaliforniyada 276 uşağın sağlamlığının öyrənilməsi zamanı əldə edilən tibbi məlumatları təhlil ediblər. İştirakçılar dörd qrupa bölünüblər: zamanla sabit yüksək stress, zamanla azalan stress, zamanla artan stress və zamanla sabit aşağı stress.

Onlar müəyyən ediblər ki, yeniyetməlikdən yüksək səviyyədə stress yaşamaq, zamanla daha az stress hiss edənlərlə müqayisədə damar sağlamlığının pisləşməsi, ümumi bədən yağının və qarın ətrafındakı yağ səviyyəsinin və piylənmə riskinin artmasıdır. Yetkinlər də daha pis damar sağlamlığı, yüksək sistolik və diastolik qan təzyiqi yaşayırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4224
avatar

Arzu Qurbanlı

Oxşar yazılar