Uşaqlarda piylənmənin yaranma səbəbi nədir? - CAVAB
26 may 2023 12:06 (UTC +04:00)

Uşaqlarda piylənmənin yaranma səbəbi nədir? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzusu uşaqlarda piylənmənin yaranması ilə bağlıdır.

Uşaqlarda piylənmənin yaranmasının müxtəlif səbəbləri var.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, uşaqlarda obezin yaranması və inkişaf etməsində həm genetik, həm də mühit faktorlarının rolu var. Bütün hallarda uşaqlarda piylənmənin əsasında energetik disbalans dayanır, yəni orqanizmin qəbul etdiyi enerji israf etdiyi enerjidən çox olur.

Bağırsaq bakteriyaları uşaqlarda mümkün piylənmə problemi haqqında məlumat verir.

Fransada aparılan bir araşdırmaya görə, bağırsaq bakteriyası uşaqların gələcəkdə kilolu olub-olmadığını göstərə bilər. Bağırsaq bakteriyaları sayəsində uşaqların daha sonrakı yaşlarda artıq çəki olub-olmayacağını təxmin etmək mümkündür.

Araşdırmalar göstərir ki, bir insanda nə qədər çox bakterioit varsa, onların piylənmə ehtimalı bir o qədər az olur.

Bağırsaq florası uşaqlıqda və sonrakı həyatda çəki artımına təsir edə biləcək mühüm erkən həyat faktorudur. Müxtəlif bakterial qruplardakı balanssızlıq piylənmənin inkişafında mühüm rol oynayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3456
avatar

Arzu Qurbanlı

Oxşar yazılar