Kardioloq Asiya Xaçirova ürək xəstələri üçün qəhvənin icazə verilən dozasını açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkimin fikrincə, ürək xəstəliyi olan insanların qəhvədən imtina etməsinə ehtiyac yoxdur.
Onun sözlərinə görə, sağlam insan gündə 400 milliqrama qədər kofe içə bilər:
“Ancaq ürək-damar xəstəlikləri və ya kofein dözümsüzlüyü olan insanlar diqqətli olmalıdır. Onlar fərdi icazə verilən dozadan artıq kofe içməməlidir. Əgər növbəti bir fincan qəhvədən sonra narahatlıq, titrəmə, ürək döyüntüsü hiss edirsinizsə, deməli, bu fincan artıq idi. Mütəmadi olaraq kofe içən zaman qan təzyiqinə nəzarət etmək vacibdir.
Əgər bir fincan kofe içdikdən sonra təzyiqiniz yüksəlirsə, bu zaman həkimə müraciət edin, çünki belə bir vəziyyət hipertoniyanın inkişafının başlanğıcını göstərə bilər”.