Ürək və bağırsaq sağlamlığı  üçün gündə nə qədər halva yemək lazımdır?
28 mart 2024 05:35 (UTC +04:00)

Ürək və bağırsaq sağlamlığı üçün gündə nə qədər halva yemək lazımdır?

Halva ürək və bağırsaqlar üçün faydalıdır, lakin onun gündə 50 qramdan çox olmamaq şərti ilə yemək məsləhət görülür.

Lent.az xəbər verir ki, bu barədə “İzvestiya”ya Dövlət Maarif Universitetinin Təbiət Elmləri fakültəsinin dekanı vəzifəsini icra edən bioloq İrina Lyalina məlumat verib.

Onun sözlərinə görə, yaşlı insanlar üçün halva yoğun bağırsaqdakı faydalı bakteriyaları “qidalandıran” lif mənbəyidir. Üstəlik, ürək üçün faydalı olan və iltihabı azaldan sağlam yağ turşuları və antioksidantlarda yüksəkdir. Kətan halvası xüsusilə ürək üçün faydalıdır. 

Bununla belə, halvanın kalorisi yüksəkdir, xüsusən də tərkibində şəkər, kakao, şərbət və ya digər əlavələr varsa. 

Bioloq qeyd edir ki, piylənmə və ya şəkərli diabet xəstələri xüsusilə diqqətli olmalıdırlar. 
 

# 2316
avatar

Oxşar yazılar